İtaliyanın “Yuventus” və futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu milli komandanın düşərgəsinə yollanmamışdan əvvəl Turin klubunun qoyduğu karantin qaydalarına qəbul etmək istəməyib və xəbərdarlıq etmədən İtaliyanı tərk edib.
Bu barədə “Football Italia” nəşri məlumat yayıb.
Üç oktyabrda “Yuventus” klubunun texniki işçiləri arasında koronavirus infeksiyası halları aşkar edilib.
Bu hadisədən dərhal sonra rəhbərliyin göstərişinə əsasən, bütün heyət üzvləri klubun bazasının yaxınlığında yerləşən hoteldə təcridolunma rejiminə keçib.
Lakin K. Ronaldu rəhbərliyin bu şərtini qəbul etməyib və özbaşına klubu tərk edib.
İtaliya Futbol Federasiyasının tələblərinə görə, koronavirusa yoluxanlarla təmasda olanlar, yalnız üç mənfi testin nəticəsindən sonra özünütəcriddən çıxa bilər.
K. Ronaldu isə yalnız iki müvafiq testdən keçib.