“Liverpul”un futbolçusu Nabi Keyta da koronavirusa yoluxub.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Qvineya millisinin düşərgəsində olarkən test verib və onda virus aşkarlanıb. Millinin daha 4 futbolçusunun da testi müsbət olub.
Qeyd edək ki, “Liverpul”da daha əvvəl Sadio Mane, Tiaqo Alkantara və Xerdan Şakirinin də virusa yoluxduğu açıqlanmışdı.