Millimiz Kipr ilə oyuna qara sarğı ilə çıxacaq


Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də Kipr millisinə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, komandamız Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq bu addımı atacaq.

Qeyd edək ki, Azərbaycan-Kipr oyunu oktyabrın 13-də Albaniyadakı Elbasan Arenada keçiriləcək.