“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının “Speziya” ilə oyununda meydana çıxmaqla bağlı qərarı özü verəcək.
Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu koronovirusdan yeni sağalan portuqaliyalı hücumçunun özünün seçim etməsini məqsədəuyğun sayıb.
İnfeksiya üzündən bir müddət məşqlərdən və oyunlardan kənar qalan Ronaldo hazır olub-olmadığını özü müəyyənləşdirməlidir. Əgər forvard bu gün meydana çıxmasa, qayıdışı Çempionlar Liqasının III turunun “Ferensvaroş”la matçına təsadüf edəcək.
Qeyd edək ki, “Yuventus” “Speziya” ilə səfər matçını bu gün keçirəcək.