Super Liqada İstanbul klubları qələbə qazanıb


Türkiyə Super Liqasında VII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turun daha üç oyunu keçirilib.

Uğursuz startdan sonra toparlanan “Başakşəhər” növbəti qələbəsini qazanıb. Son çempion Konya səfərindən 3 xalla ayrılıb.

İstanbulun digər təmsilçisi “Beşiktaş” evdə qalib gəlib. “Ağ-qaralar” “Yeni Malatyaspor”u üstələyib.

“Rizəspor” üç xalı bir qolla qazanıb. Rizəlilər “Kayserispor”dan güclü olub.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası
VII tur
1 noyabr
“Konyaspor” – “Başakşəhər” – 1:2
Kravets, 69 - Yevtoviç, 45 (avtoqol), Aleksiç, 58
“Rizəspor” – “Kayserispor” – 1:0
Remi, 33
“Beşiktaş” – “Yeni Maltyaspor” – 1:0
Larin, 55