Rəşad Sadıqov: “Çox şanslıyıq ki, tarixi zəfərləri canlı görürük”


“Dövlətimizi, xalqımızı, rəşadətli ordumuzu böyük zəfər münasibətilə təbrik edirəm”.
 
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının IX turunda “Sabah”la keçirilən oyundan sonra deyib.
 
Zirəlilər səfərdə 1:0 hesablı qələbə qazanaraq, liderlər qrupuna qoşulub. 38 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan Ordusunun Dağlıq Qarabağda ardıcıl zəfərlərindən danışıb, futbola toxunmaq istəməyib: “İcazə verirsinizsə, bu gün futboldan danışmaq istəmirəm. Məncə, indi futboldan danışmaq o qədər də vacib deyil. Tarixin şahidi oluruq, bu sevinci bizə yaşadanlara təşəkkür edirəm. Çox şanslıyıq ki, bu tarixi zəfərləri canlı görürük. Hər bir əsgərimizin, zabitimizin alnından öpürük, bağrımıza basırıq. Arzu edirik ki, işğal altında olan torpaqlarımızın hər qarışı geri qaytarılsın. İnşallah, tezliklə Qarabağda və digər rayonlarımızda da bayrağımız sancılar. Bu zəfər yaxındır”.