Arda Turan koronavirusa yoluxdu

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan koronavirusa yoluxub.

Apasport.az saytı xəbər verir ki, bu barədə ulduz futbolçu özü məlumat yayıb.

Yarımmüdafiəçi sosial şəbəkə vasitəsilə paylaşımında koronavirus testinin pozitiv çıxdığını və karantinə alındığını yazıb.

Qeyd edək ki, “Qalatasaray” bu gün 3 futbolçusunun koronavirusa yoluxduğunu açıqlayıb.