Mixael Şumaxerin oğlu "Formula 2" yarış seriyasının çempionu oldu


Avtomobil yarışları üzrə "Formula 1" sinfində yeddi qat dünya çempionunun- almaniyalı Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2" yarış seriyasının çempionu oldu.

Trend-in məlumatına görə, Bəhreyndə baş tutan final mərhələsinin ikinci yarışında "Prema" komandasında çıxış edən Mik Şumaxer 18-ci oldu. Onun əsas rəqibi "UNI-Virtuosi" komandasının təmsilçisi Britaniyalı Kallum Aylott 10-cu yeri tutdu və ümumi hesabda Şumaxerə çata bilmədi.

Yarışda hindistanlı Cehan Daruvala qalib gəlib, ikinci yerdə komanda yoldaşı Yaponiyalı Yuki Tsunoda, üçüncü isə "DAMS" komandasından olan britaniyalı Den Tiktum olub.