İngiltərə Premyer Liqası - Liderlər xal itirdi


İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, bu gün liderlər "Tottenhem" və "Liverpul" meydana çıxıb. Hər iki komanda səfər matçında xal itkisi ilə üzləşib.

"Kristal Palas" - "Tottenhem" - 1:1
Qollar: Harri Keyn, 23 (0:1), Şlupp, 81 (1:1)

"Fulhem" - "Liverpul" - 1:1
Qollar: Reyd, 25 (1:0), Salah, 79 (1:1)

Qeyd edək ki, "Tottenhem" və "Liverpul" 25 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. "Southempton" 23 xalla 3-cüdür.