Türkiyə Superliqası: “Fənərbağça” “Qaziantep”ə uduzub


Dekabrın 19-da futbol üzrə Türkiyə çempionatının XIII turu çərçivəsində keçirilən görüşdə "Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub.

Azərtac verir ki, gərgin keçən görüşdə meydan sahibləri İstanbul təmsilçisini 3:1 hesabı ilə üstələyib.

Günün digər matçlarında "Hatayspor" səfərdə "Göztəpə" komandasını minimal hesabla məğlub edib. "Trabzonspor" isə doğma meydanda "Rizəspor"u 2:1 hesabı ilə udub. "Yeni Malatyaspor" doğma divarlar arasında "Kasımpaşa"nın qapısından üç cavabsız qol keçirib.

Turun digər oyunları dekabrın 20 və 21-də keçiriləcək.

Hazırda çempionatın turnir cədvəlinə 26 xalla "Alanyaspor" başçılıq edir. Çempionatda 23 xal toplayan "Qalatasaray" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, yeni mövsümdə superliqada 21 komanda yarışır. On üçüncü turda "Başakşəhər" istirahət edib.