“Fənərbaxça” klubunun yarımmüdafiəçisi Ozan Tufan karyerasını ölkə xaricində davam etdirə bilər.
Türkiyənin “Sabah” nəşri xəbər verir ki, İngiltərənin “Vest Bromviç” klubu, həmçinin Rusiyanın “Spartak” və “MOİK” klubları 25 yaşlı futbolçunu heyətlərinə cəlb etmək üçün hərəkətə keçiblər.
Xatırladaq ki, O.Tufan Türkiyənin “Bursaspor” klubunun yetirməsidir.