Futbol üzrə Türkiyə Super Liqasının XXXI turunda "Beşiktaş" və "Fənərbaxça" komandaları arasında İstanbul derbisi keçirilib.
"Report"un məlumatına görə, "Vodofon Park" stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə ilk qolu 48-ci dəqiqədə meydan sahibləri vurublar. "Ağ-qaralar"ın xorvatiyalı müdafiəçisi Domaqoy Vida fərqlənib. Qonaqların bərabərlik qolunu isə 89-cu dəqiqədə Ozan Tufan vurub.
Bu nəticədən sonra xallarını 64-ə çatdıran "Beşiktaş" liderliyini qoruyub. 59-cu xalını qazanan "Fənərbaxça" isə 3-cü sırada qalıb.