Millimiz ilin ilk sınağına çıxır!


2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında 32 komanda iştirak edəcək. Millimiz secmə görüşlərdə A qrupunda yer alaraq, İrlandiya, Luksemburq, Serbia və Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək. Portuqaliyanı qrupun lideri saya bilərik. Ancaq o da faktdır ki, Avropada artıq zəif komanda qalmayıb. Yaxın keçmişdə secmə oyunlarda inanılmaz sensasiyalar baş verirdi, “cırtdan dövlət” adlandırdığımız ölkələrin milliləri Avropanın adlı sanlı millilərinə qarşı layiqli mübarizə apardığının, hətta qələbə qazandığının şahidi olmuşuq.

Pandemiya bu secmə görüşlərədək də bitmək bilmədı. Ona görə də görüşlər azerkeşsiz keçiriləcək. Maraqlıdır ki, millimiz Portuqaliya ilə ilk səfər görüşünü  Lissabonda deyil İtaliyanın Turin şəhərində keçirəcək. Rəsmi görüşlərdə Azərbaycan və Portuqaliya bir-biri ilə 6 dəfə üz üzə gəliblər. Portuqallar 5 görüşdə  qalib ayrılıblar, 1 görüş isə Bakida heç-hecə ilə bitib. Həmin görüşdə 1-0 hesabı ilə öndəydik və rəqibə layiqli müqavimət göstərirdik. Rəqib yalnız 2-ci hissəyə artırılmış son dəqiqədə keçmiş ulduz futbolçu Luis Fiqonun qolu ilə məğlubiyyətdən yaxa qurtara bildi. Bu baxımdan ümüd edirik ki, 2 gün sonra baş tutacaq görüşdədə millimiz Avropa Çempionuna layiqli muqavimət və əsl xarakterli oyun göstərəcək. Millimizin heyətində gənc perspektivli oyunçular yer alıb. 

Tarixdə millimizlə mundialın nə olduğun bilmirik, ancaq tarix yazmaq da gec deyil. Seçmə görüşlərdə Azərbaycan milli komandasının hər rəqibinə layiqli və sona qədər müqavimət göstərəcəyinə ümid edirik. 

Nizami Quliyev/İdman şərhçisi