"Yuventus"un futbolçusu Kriştianu Ronaldu bu yay komandadan ayrıla bilər.
"Sherg.az"qol.az-a istinadən xəbər verir ki, Turin klubu 36 yaşlı hücumçunu 25 milyon avroya satmağa hazırdır. Bundan əvvəlki xəbərlərdə bu rəqəm 60 milyon avro göstərilirdi.
Portuqaliyalı oyunçu ilə iş birliyi "Yuventus"a illik 87 milyon avroya başa gəlir. Xəbərdə qeyd olunub ki, klub Ronaldunu satmaqla pandemiyanın yaratdığı maddi problemləri yoluna qoya bilər.
"Yuventus"un Ronaldunun klubunu dəyişdirmək istəsə və konkret təklif alsa, dialoqa açıq olacağı və futbolçunu problemsiz buraxacağı bildirilib. Ronalduya təklif gəlməyəcəyi halda isə "Yuventus"un onunla yollarını məmnuniyyətlə davam etdirəcəyi vurğulanıb.
Xatırladaq ki, "Yuventus"la 2022-ci ilin yayına qədər müqaviləsi olan Ronaldunun adı sabiq klubları "Mançester Yunayted", "Real", o cümlədən PSJ ilə hallanır.