"Atletiko"nun son məşqinə xoşagəlməz hadisə yaşanıb.
Qol.az "AS"a istinadən xəbər verir ki, komandanın hücumçusu Mussa Dembele məşq zamanı huşunu itirib.
Fransalı oyunçu vaxtında tibbi yardım alıb. Hazırda onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Həkimlərin rəyinə görə, şüurun itirilməsinə səbəb oyunçunun qan təzyiqinin kəskin düşməsi olub. Madrid təmsilçisinin tibbi heyəti onun məşq və matçlardakı bütün performansını yaxından izləyəcək.
Qeyd edək ki, "Atletiko" Dembeleni yanvarda 1.5 il müddətinə "Lion"dan icarəyə götürüb.