"Barselona" yayda bir neçə oyunçusunu satmaq niyyətindədir.
Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi qapıçı Neto, müdafiəçi Samuel Umtiti , yarımmüdafiəçilər Mateus Fernandes, Filippe Koutinyo, Miralem Pyaniç, hücumçu Martin Breytuaytı satışa çıxaracaq.
Bildirilib ki, nə baş məşqçi Ronald Kuman, nə də klub rəhbərliyi onları vacib oyunçu sayır və maaş xərclərini azaltmaq üçün sözügedən futbolçularla yolları ayırmağa hazırdır.