“Atletiko”nun hücumçusu Mussa Dembele komanda yoldaşlarını qorxudub.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvard məşq zamanı anidən yerə yıxılaraq huşunu itirib.
Klubun həkiminin ilkin müdaxiləsindən sonra fransalı forvardı ayıltmaq mümkün olub. Lakin futbolçu hər ehtimala təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Madrid təmsilçisi rəsmi saytı vasitəsilə Dembelenin səhhətinin normallaşdığını və həyati təhlükəsinin qalmadığını açıqlayıb.