Kosta "Benfika"ya keçir

"Atletiko"nun sabiq futbolçusu Dieqo Kosta karyerasını "Benfika"da davam etdirəcək.

Qol.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Portuqaliyalı təmsilçisi ilə razılığa gəlib. Onun "Benfika" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Kosta ötən ilin dekabrında "Ateltiko"dan ayrıldıqdan sonra azad agentdir.