Makqreqorla Poryenin həlledici döyüşü...-  Vaxt açıqlandı

Keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Porye arasında üçüncü və həlledici döyüş iyulun 11-də keçirilə bilər.

Bu barədə Gürcüstanın UFC-də rəsmi tərəfdaşı olan Adjarasport telekanalı məlumat yayıb.

Qeyd edək ki, iki idmançının ilk döyüşü 2014-cü ildə baş tutub. O zaman qələbəni irlandiyalı qeyd etmişdi.

2021-ci ilin yanvar ayında keçirilən döyüşdə isə Dastin Porye qalib gəlib.