Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliya ilə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin matçının ən yaxşı oyunçusu seçilib.
“Report”un məlumatına görə, “Whoscored” 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.
Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə yönəlib. Bunlardan altısı futbolçular tərəfindən bloklanıb, səkkizinin qarşısını isə qapıçı aldı.
Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.
Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.