Ronaldudan Azərbaycanla oyunla bağlı paylaşım: "...Çox vacib idi"- FOTO


Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu 2022-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşma barədə paylaşım edib.
Ulduz futbolçu “Facebook” hesabında etdiyi paylaşımda komanda yoldaşlarını təbrik edib.
“Dünya çempionatının seçmə mərhələsini qələbə ilə başlamaq çox vacibdir! Komandanı təbrik edirəm!”, - deyə K.Ronaldu bildirib.
Xatırladaq ki, qarşılaşma millimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb (0:1).