Fransa millisinin keçmiş futbolçusu Tyerri Anri bütün sosial şəbəkələrdən ayrıldığı açıqlayıb.
Qol.az xəbər verir ki, o, bununla bağlı Tvitter səhifəsində yazıb. 43 yaşlı mütəxəssis sosial şəbəkələrdə irqçiliklə üzləşdiyinə görə bu addımı atdığını bildirib.
Qeyd edək ki, “Arsenal” və “Barselona”nın sabiq futbolçusu son olaraq Kanadanın “Monreal İmpakt” klubunu çalışdırıb.