İspaniya çempionatının mərkəzi görüşü “Sevilyada” baş tutub. Şəhərin eyni adlı komandası “Roman Sançes Psxuan”da turnir cədvəlinin lideri “Atletiko Madrid”i qəbul edib. Bu mövsüm ilk yarısına qədər rəriblərindən 10 xal irəlidə olan “Atletiko Madrid”mövsümüm sonuna yaxın bu böyük ustünlüyünü əldən vermək üzərədir.
Bəli “Atletiko Madrid” 29-cu turunda lider olaraq tamamlayacaq, ancaq gələcək turlarda artıq bu üstünlüyünü qoruyub saxlamaqı böyük sual altındadır. Qeyd etdiyimiz kimi ilk dövrədə rəqiblərindən 10 xal irəlidə olan “Atletiko Madrid” artıq bugun əzəli rəqibi olan “Real Madrid”dən 3 xal irəlidədir, digər tarixi komanda “Barselona”dan isə 4 xal irəlidədir, onu da nəzərinizə çatdıraq ki “Barsa” bu gecə “Real Valyadolid”i məglub edəcəyi təqdirdə “Atletiko”ilə xal fərqini minimuma endirəcək.
Son illərdə Simyonenin “Atletiko Madrid”i taktikalı və mudafiyə futbol oynatması Avropada xeyli uğurlu alınıb və biz bunu bu sezonda görürük. Ancaq böyük komandalara qarşı “La Liqa”da səfər oyunlarında Simiyone xeyli problemlərlə üzləşib, necəki biz bu hadisəni bu turda da gördük.
Sevilyə səfərində olan “Atletiko” rəqibinə minimal hesabla məğlub olub, görüş məhz elə “Sevilya”nın ustünlüyu ilə keçib, düzdür buraxılan qolda görüşün baş hakiminin qərarı bir qədər müəmmalı olub. ”Atletiko”nun mudafiəçısi topu uzaqlaşdırmaqa çalışarkən top rəqib futbolçunun əlinə dəydiyi açıq aşkar göründü,məs elə həmin epizodun davamında “Sevilya”hesabı açib.
Buna baxmayaraq, “Sevilya” qələbəyə laiq və daha istəkli görünürdü, necə ki oyunun çox hissəsin “Atletiko”müdafiəsində təzyiq altında saxlayırdı. ”Sevilya” turnir cədvəlində ilk 4-lükdə möhkənlənib artıq və “Atletiko”dan 8 xal geri qalır, düzdür çətin görunsə də ancaq kim bilir bəlkə “Sevilya”artıq çempionluq uğrunda mübarizəyə qoşulan 4-cü komandadır. Əlbəttə bu amil futbol azerkeşlərini sevindirir.
Son illərdə çempionluq uğrunda mübarizə yalniz “Real” və “Barsa” itriqasıyla davam edirdisə bu mövsüm artıq 4 komandanın çempionluq uğrunda mübarizə aparmaq şansı var. Qeyd edək ki, növbəti tur bizi “Real Madrid”- “Barselona” oyunu gözləyir çempionatın gərgin həssas məqamında ümüd edirik ki bizi maraqlı, gərgin, baxımlı və ən əsas “El Klassiko” adına layiq möhtəşəm oyun gözləyəcək.
Nizami Quliyev/İdman şərhçisi