Keçmiş UFC döyüşçüsü 8,5 il müddətinə həbs edildi

Keçmiş UFC döyüşçüsü Dmitri Sosnovski 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Sherg.az" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Nikulin rayon məhkəməsi idmançı ilə əlbir olan Ruslan Mamatkulov, Andrey Kozlov, Aleksandr Qladkov və İldar Salaxotdinova 4-9,5 il həbs cəzası verib.

Xatırladaq ki, idmançı 2019-cu ildə Moskvada yaxın tanışının 400 min rubl məbləğində borcu olan şəxsi dostları ilə birlikdə qaçırıb və hədələyərək sözügedən borcun silinməsini tələb edib.