Deputatdan MÜNASİBƏT:“Qurban Qurbanov mübariz adamdır”

“Onun döyüşçüləri də vuruşdular. Hər şey yaxşı olacaq" 

Dünən Çempionlar Liqasında ( ÇL ) II təsnifat mərhələsinə yekun vurulub.
Həlledici görüşdə Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olub. 
Drammatik məcrada keçən matçın əsas vaxtı "Sürix"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" ilk oyunda 3:2 hesablı qələbə qazandığından görüş əlavə vaxta gedib. Burada daha bir qol vuran Qurban Qurbanovun komandası 2:2 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.

"Qarabağ" ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Təmsilçimiz ilk oyununu evdə keçirəcək. "Sürix" isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild"lə (Şimali İrlandiya) görüşəcək.

Millət vəkili Aqil Abbas Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan Qarabağ komandası ilə bağlı "Sherg.az"a danışıb:
"Bir neçə gün öncə demişdim ki, Sürixi əzib keçəcəyik. Elə də oldu. Macarıstan və ya Slovakiyanı da "məhv edəcəyik". 
Qurban Qurbanov və onun kollektivinə uğurlar arzulayıram. Q. Qurbanov mübariz adamdır. Onun döyüşçüləri də vuruşdular. Hər şey yaxşı olacaq".