Mərakeşin xəbər agentliyində yayımlanan məlumata görə, Kral 6-cı Məhəmməd Mərakeş millisinin futbolçularını Rabatdakı Kral sarayında qonaq edib.
"Sherg.az" xəbər verir ki, Mərakeş kralı bütün milli komanda təmsilçilərinə krallıq nişanının verilməsinə qərar verib.
Qeyd edək ki, tarixdə ilk dəfə FİFA Dünya Çempionatında 4-cü olan Mərakeş milli komandası ölkədə coşğu ilə qarşılanıb. Paytaxt Rabatda milli forma geyinərək Mərakeş bayrağı dalğalandıran minlərlə insan Qətərdən qayıdan komandanı böyük sevinc hissi ilə qarşılamışdı.
Mənbə: Yeniçağ