“Əl-Nassr” klubuna transferindən sonra Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına köçüb. Ronaldonun uşaqlarının anası Corcina Rodriges ailəsi ilə Ərəbistanda yeni həyatına öyrəşir.
Sherg.az xəbər verir ki, İllik 200 milyon avro qazandığı iddia edilən Ronaldonun sevgilisi Corcina Rodriges Ərəbistandakı sosial həyatını sosial şəbəkədə yayıb.
O, İnstaqramda Səudiyyə Ərəbistanındakı əyləncə parkında əylənən ailənin fotosunu paylaşaraq üzərinə “Riyad, sən nə gözəlsən” şərhini yazıb.
"Əl-Nassr"la 2 il yarımlıq müqavilə imzalayan 37 yaşlı Ronaldo ailəsindən daha xoşbəxtdir.
Turan
Turan