Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təhlükədə olduğunu düşünür.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında söyləyib.
O bildirib ki, ABŞ-də Trampa qarşı tamamilə qeyri-sivil mübarizə üsullarından, o cümlədən sui-qəsd cəhdindən istifadə olunub:
"Bəli, o, hələ də təhlükədədir. ABŞ tarixində belə hallar baş verib".
Putin, həmçinin Trampın hazırkı prezident Co Baydenlə görüşdə nə danışdıqlarını bilmədiyini, ona görə də onların söhbətini şərh etməyəcəyini söyləyib.