2027-ci ildə Rusiyada xəstə uşağa qulluqla bağlı 30 günlük xəstəlik vərəqəsinə görə maksimum ödəniş 235,8 min rubl təşkil edəcək. Bu barədə Rusiya Dövlət Dumasının deputatı Nikita Çaplin məlumat verib.
Sherg.az xəbər verir ki, deputatın sözlərinə görə, müavinətin hesablanması zamanı valideynin 2025 və 2026-cı illərdə sığorta haqları ödənilmiş gəlirləri nəzərə alınacaq.
Çaplin bildirib ki, 30 günlük xəstəlik məzuniyyətinə görə maksimum 235 808 rubl, 31 günə görə isə 243 668 rubl ödənilə bilər. Məbləğlərdən gəlir vergisi tutulmayıb.
Müavinətin yekun məbləği valideynin son iki ildəki gəlirindən, uşağın yaşından, müalicə şəraitindən və valideynin sığorta stajından asılı olacaq.