Tramp reperi Ağ Evə mətbuat katibi təyin etmək təklifinə münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp reper Niki Minajın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunması təklifini nəzərdən keçirəcəyini bildirib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə jurnalist Benni Consonun sualını cavablandırarkən danışıb.

“Bu, üzərində düşünməyə dəyən yaxşı ideyadır. Mən bunu nəzərdən keçirəcəyəm”, - deyə ABŞ lideri bildirib. O, zarafatla jurnalist Consonun da bu vəzifənin öhdəsindən yaxşı gələ biləcəyini söyləyib.

Qeyd edək ki, Ağ Evin kommunikasiya direktoru Stiven Çun daha əvvəl zarafatla Niki Minajın yeni mətbuat katibi vəzifəsinə təyin olunmasını təklif etmişdi. O, reperlə təyyarədə söhbətini əks etdirən video da yayımlamışdı.