Zelenski “Patriot” sistemləri üçün raketlərin tədarükünün gecikməsindən narazıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-3 zenit raketlərinin tədarük müddətinin bir neçə il sonraya təxirə salınmasından narazılığını bildirib.

Sherg.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında yazıb.

“Qarşıdan gələn qışda bu, çox effektiv müdafiə paketi ola bilərdi. Lakin müəyyən edilib ki, tədarük yalnız bir neçə ildən sonra başlaya bilər”, – deyə o bildirib.

Ukrayna lideri Vaşinqtonu tədarük qrafiklərinə yenidən baxmağa və operativ həll yolu tapmağa çağırıb. O, ABŞ və Avropa ölkələrinin anbarlarında lazımi raketlərin kifayət qədər ehtiyatının olduğunu vurğulayıb.

Qalereya