İran sahillərində yük gəmisi atəşə tutulub, göyərtəsində yanğın baş verib

İranın Fars körfəzində yerləşən Lavan adasının yaxınlığında naməlum mərmi ticarət gəmisinə düşüb. Nəticədə gəminin göyərtəsində yanğın başlayıb.

Sherg.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, hadisə Lavan adasından təxminən 74 kilometr cənubda baş verib. Mərmi gəminin sol bortuna düşüb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb, ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir.