Ermənistanda TikTok vasitəsilə saxta sosial yardım elanları yayılır

Ermənistanda TikTok sosial şəbəkəsində vətəndaşlara 350 min dram (1000 dollara yaxın) sosial yardım vəd edən saxta elanlar yayılıb.

Sherg.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, dələduzlar vətəndaşlardan təqdim olunan keçid vasitəsilə qısa müddətdə ərizə doldurmağı tələb edirlər.

Nazirlik şübhəli keçidlərə daxil olmamağa, naməlum saytlarda şəxsi məlumatları paylaşmamağa və Telegram hesabına giriş üçün təsdiq kodlarını heç kimə verməməyə çağırıb.

Qeyd olunub ki, dələduzlar bu yolla istifadəçilərin hesablarını ələ keçirərək digər şəxslərə qarşı qanunsuz əməllər törədə bilərlər.