Varşava polisi Konstitusiya Məhkəməsinin binasına daxil olmağa çalışan üç etirazçını saxlayıb

Varşavada gecə saatlarında keçirilən etiraz aksiyaları zamanı Konstitusiya Məhkəməsinin ərazisinə hasarı aşaraq daxil olan üç nəfər saxlanılıb.

Sherg.az xəbər verir ki, bu barədə Polşa paytaxtının polisi “X” sosial şəbəkəsində məlumat yayıb.

Polis bildirib ki, təhlükəsizlik tədbirləri ölkənin baş prokurorunun və Konstitusiya Məhkəməsi nümayəndələrinin rəsmi müraciətlərindən sonra gücləndirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanın daxilinə keçməyib, yalnız ətraf ərazinin mühafizəsini təmin ediblər.

Qeyd edək ki, Varşavada kütləvi etirazlara Donald Tuskun hökumətində keçmiş nazir olmuş Marçin Berekin Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi səbəb olub. Oktyabrın 31-nə keçən gecə məhkəmənin binasına hücum cəhdi ilə vəziyyət daha da gərginləşib. Hadisələr fonunda Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq təcili Varşavaya qayıdıb.