Rusiyanın ordusunun hava hücumundan müdafiə sistemləri gecə saatlarında ölkənin bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 433 pilotsuz təyyarəni vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna ordusu hava hücumu zamanı Rusiyanın 19 bölgəsini hədəfə alıb.
Söhbət Belqorod, Bryansk, Kursk, Kaluqa, Tula, Oryol, Lipetsk, Voronej, Smolensk, Tambov, Volqoqrad, Rostov, Penza, Samara, Saratov, Orenburq, Ulyanovsk, Tatarıstan və Başqırdıstan vilayətlərindən gedir.