"Real" Naço ilə razılığa gəldi


"Real" futbolçusu Naço ilə müqaviləni yeniləməyə yaxındır.

Qol.az "AS"a istinadən xəbər verir ki, tərəflər iyunda başa çatan müqavilənin müddətinin daha  bir il uzadılması ilə bağlı razılığa gəliblər. Müqavilə bu mövsümün sonuna qədər imzalanacaq.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2011-ci ildən Madrid təmsilçisinin əsas komandasında oynayır.