Millimizin sabiq üzvləri Əfran İsmayılov və Rauf Əliyev karyerasını başa vurub.
Sherg.az xəbər verir ki, bunu Qol.az-a açqılamasında Əfran İsmayılov deyib.
Son olaraq “Kəpəz”də çıxış edən futbolçular eyni vaxtda bu addımı atıblar:
“Klubun İdarə Heyətini sədri İlqar Nadiri ilə görüşdük. Onun xətrini çox istəyirik. Ona da rahat oldu, bizə də. İki aylıq maaşımızdan da keçdik. Bəlkə də, qalıb oynamaq da olardı, amma xeyirlisi belə imiş. Əsas odur ki, başımız ucadır. Futbol çox çətin peşədir. Burada hər cür insan olur. Sükür ki, kişi kimi ayrıla bildik.
Rauf əslindəı karyerasını bitirmək istəmirdi. Ancaq onun ayağı bərbad gündədir. Həkimlər oynamağı məsləhət bilmədi. “Şamaxı”da çıxış etmək varinatı var idi. Amma onların meydanı süni örtüklü idi, çətin olacaqdı. Ona görə də düşündü ki, ən yaxşısı karyerasını bitirməkdir”.
Qeyd edək ki, həm Rauf, həm də Əfran “Qarabağ”ın yetirmələridir. Rauf Ağdam klubundan ayrıldıqdan sonra “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”, “Kukesi” (Albaniya), “Qəbələ” və “Neftçi”də çıxış edib.
Əfran isə “Qarabağ”dan başqa “Turan Tovuz”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə”, “Sumqayıt” və “Səbail”də oynayıb. Hər iki futbolçunun 34 yaşı var.