"Atletiko"nun futbolçusu Antuan Qrizmann Fransa millisindən ayrıla bilər.
Qol.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildrilib ki, hücumçu millidəki gələcəyi barədə ciddi düşünür. Qrizmannın Fransa millisindəki karyerasını başa vurması ilə bağlı fikirləri DÇ-2022-dən sonra millini tərk edən Uqo Llorisin və Rafael Varanın getməsi ilə bağlıdır. O, dostu Pol Poqbanın Fransa millisində olmamasına da təəssüflənir.
Qrizmanın Fransa millisini tərk etməsinin digər səbəbi Kilian Mbappenin kapitan olmasıdır. Futbolçu daha uzun müddət ölkəsini beynəlxalq səviyyədə təmsil etməsinə baxmayaraq, Kilian yeni kapitanı olub.