Türkiyə Superliqasının 27-ci turunda "Beşiktaş"la qarşılaşacaq "Fənərbaxça" derbi öncəsi ciddi itkilərlə üzləşib.
Qol.az "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin hücumçuları Coşua Kinq və Enner Valensiya Superliqanın 26-cı turunda "Alanyaspor"la oyunda zədələnib.
Valensiya 1 ay yarım yaşıl meydanlardan uzaq qalacaq. Kinq isə 4-5 həftə sonra komandaya kömək edə biləcək.
Mişi Batşuayi isə Avropa Liqa 1/8 final mərhələsinin "Sevilya" ilə cavab görüşündə zədələnmişdi. Belçikalı forvard ən azı 1 ay meydana çıxa bilməyəcək.
Niderlandlı müdafiəçi Cayden Ostervolde isə son məşqdə zədələnib. Onun durumu bu gün bəlli olacaq.
Qeyd edək ki, "Fənərbaxça" "Beşiktaş"la martın 27-də öz meydanında qarşılaşacaq.