Almaniya Bundesliqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Bavariya” son turda səfərdə “Köln”ü məğlub edərək (2:1) çempion olub.
Münhenlilərə qızıl medalları qazandıran qolları Kinqsli Koman və Camal Musiala vurublar. Bu tura qədər lider olan “Borussiya”(Dortmund) isə öz meydanında “Maynts”la qollu heç-heçə edib - 2:2.
Yekunda hər iki komandanın 71 xalı olsa da, daha yaxşı top fərqinə görə “Bavariya” “qızıl” qazanıb, “Borussiya” gümüş medallarla kifayətlənib. Üçüncü yeri isə “Leyptsiq” tutub.
“Union Berlin” Çempionlar Liqasına sonuncu vəsiqəni əldə edib. “Frayburq” Avropa Liqası, “Bayer”(Leverkuzen) isə Konfrans Liqasına vəsiqə qazanıb.
“Şalke” və “Herta”(Berlin) elita ilə vidalaşıblarsa, “Ştuttqart” Bundesliqada yerini qorumaq üçün pley-off oynayacaq.