Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışlar saat 09:00-da başlayıb.
Mundialın ilk günündə kişilər 68 kiloqram, qadınlar isə 57 kiloqramda qüvvəsini sınayacaqlar. Çəkilər üzrə kişilərin yarışında 87, qadınlarda 59 idmançı olacaq.
Bu gün Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kiloqram çəki dərəcəsində yarışan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 29 may - 4 iyun tarixlərində baş tutacaq sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində çıxış edəcək