Semih Kılıçsoy "Beşiktaş" forması ilə "Tirana"ya vurduğu qolla bütün diqqətləri üzərinə çəkib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Real Madrid" skautu Avropanın bir çox qabaqda gələn klublarının təqib etdiyi oyunçu haqqında "Onun nə qədər yaxşı bir futbolçu olduğunu bilirəm" ifadələrdən istifadə etmişdir.
UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Beşiktaş" forması ilə "Tirana"ya qarşı 83-cü dəqiqədə oyuna daxil olan Semih Kılıçsoy, 90+4. dəqiqədə vurduğu qolla hesabı 3:1-ə çatdırıb və cavab görüşündə üstünlüyü təmin edib.
Bundan başqa, 17 yaşlı gənc ulduz “Beşiktaş”ın avrokuboklarda qol vuran ən gənc futbolçusu olub.
"Bayern Münhen", "Ayaks", "Sevilya", "Genk" və "Brugge" kimi klubların gənc ulduzu yaxından təqib etdiyi qeyd edilir.
Turan