"Sultans of the Net"də FIVB Millətlər Liqasında unudulmaz uğur qazanaraq çempion olan ulduz voleybolçu Hande Baladin çempion olduqdan bir neçə gün sonra sosial mediada qorxunc təhdidlərə məruz qalıb.
Sherg.az "Sabah.com.tr"yə istinadən xəbər verir ki, , A Milli Qadın Voleybol Komandasının ulduzu Hande Baladin FIVB Millətlər Liqasında çempionluq qazandıqdan 3 gün sonra sosial mediadan təhdidlər almağa başlayıb.
Mustafa N. adlı şəxs "Bu qıza deyirəm ki, üzünə turşu tökərəm, heç qorxmur. Bu qızın qisasını almadan mənim üçün ölüm yoxdur" deyib.
Təhdidlər sona çatmayanda vəziyyətin ciddiliyindən və təhlükəsizliyindən narahat olan ulduz voleybolçu İstanbul Respublika Baş Prokurorluğuna müraciət edib.
Milli voleybolçu ərizəsində "Həyat təhlükəsizliyim yoxdur. Sistemli şəkildə mesajlar göndərir. Qorxuram" deyərək İstanbul Respublika Prokurorluğunda cinayət işi açdırıb.
Hadisə ilə bağlı prokurorluqda araşdırmalara başlanılıb.
Turan