Rusiya millisinin keçmiş qapıçısı vəfat edib

Moskvanın MOİK və Rusiya millisinin keçmiş qapısıçı Veniamin Mandrıkin 41 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Veniamin Mandrıkin vəfat edib. MOİK-in keçmiş qapıçısı 41 yaşında dünyasını dəyişib. Bütün qohumlarına və dostlarına başsağlığı veririk. Ruhun şad olsun, Venya”, - məlumatda deyilir.

Onun məşqçisi Valeri Qoroxovun “Osnova”ya dediyinə görə, futbolçunun ölümünə səbəb infarkt olub.

Mandrıkin MOİK-dən başqa, Vladiqafqazın “Alaniya”sı, Tomskun “Tom”u, “Rostov”, Nalçikin “Spartak”ı və Bryanskın “Dinamo”sunda çıxış edib. Ordu komandası ilə birlikdə oyunçu dörd dəfə Rusiya kubokunu qazanıb, üç dəfə ölkə çempionatının və superkubokunun qalibi olub. 2004/2005 mövsümündə MOİK-in tərkibində Rusiya futbolu tarixində ilk dəfə UEFA Kubokunun (indiki Avropa Liqası) qalibi olub. Qapıçı Rusiya millisində iki oyun keçirib