Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.

O, sentyabrın 18-də finalda qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşacaq.

Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (74 kq) və Orxan Abasov (79 kq) yarımfinala qədər irəliləsələr də, finala adlaya bilməyiblər. Onlar sabah bürünc medal uğrunda yarışacaqlar.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda məğlub olub.

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.