AVRO 2024: Azərbaycan Avstriyaya məğlub olub

Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə üz-üzə gəlib. Matç qonaqların 0-1 hesablı qələbəsi ilə başa çatıb.

VIII turun F qrupundakı matç Bakıda baş tutub. Uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionuna qayıdan milli azsaylı azarkeşlərini sevindirə bilməyib.

Oyunda yeganə qolu 48-ci dəqiqədə Marsel Sabitzer penalti zərbəsindən vurub.

Qeyd edək ki, qrupun digər matçında Belçika İsveçi qəbul edəcək.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, VIII tur
16 oktyabr
20:00. Azərbaycan - Avstriya 0-1

Qol: Marsel Sabitzer, 48
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev

Baş məşqçi: Canni De Byazi

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Xaver Şkager, 6. Nikolas Şeyvald, 7. Saşa Kaladziç, 10. Florian Qrilitş, 15. Filipp Lyenhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad laymer (k)

Baş məşqçi: Ralf Ranqnik