Joze Mourinyo "Roma"dan ayrılır. Portuqaliyalı çalışdırıcı mövsümün sonunda İtaliya yığması ilə vidalaşacaq.
Sherg.az xəbər verir ki, Joze Mourinyo "Roma" ilə mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacaq.
"Sky Sports"un xəbərinə görə, Mourinyo bununla da İtaliya macərasına son qoyacaq.
Portuqaliyalı çalışdırıcı ötən həftələrdə verdiyi açıqlamada "Əminəm ki, bir gün Səudiyyə Ərəbistanında çalışacağam" deyərək ərəb klublarına yaşıl işıq yandırmışdı.
Mourinyonun rəhbərliyi altında mövsümə istədiyi kimi başlaya bilməyən "Roma" 8 matçdan sonra 11 xalla liqada 10-cu pillədə qərarlaşıb.
60 yaşlı məşqçi 3-cü mövsümündə İtaliya komandası ilə 1 Konfrans Liqası çempionu olub.