Qurban Qurbanov Macarıstanda mükafatlandırılacaq

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - “Joao Barotra” diplomuna layiq görülən “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək təntənəli mərasiminə dəvət olunub.

Sports.az xəbər verir ki, Qurbanov oktyabrın 21-də keçiriləcək qala gecədə mükafatını alacaq.

Qeyd edək ki, Qurban Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlı kimi idman tariximizə düşüb.