"Qalatasaray", "Beşiktaş" derbisində aldığı zərbələrdən sonra ağrıları başlayan Mauro İkardinin sağlamlıq vəziyyətini açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, "Sarı-qırmızılı" komanda argentinalı ulduzun sağ topuq nahiyəsində zədə və qanaxma aşkarlandığını bildirib.
Müayinələr nəticəsində sağ ayaq biləyinin peroneal vətərlərində və vətərdən yuxarı olan torlu qişa toxumasında (topaq biləyinin xarici vətər qrupu və dayaq toxumasında) zədələnmə və qanaxma aşkarlandığı qeyd edilib.
İkardinin müalicəsinə başlanıldığı bildirilib.