Musleranı bəyəndi, sonra Volkan Dəmirəldən açıqlama gəldi

Volkan Dəmirəl sosial mediada Fernando Muslera ilə bağlı bəyənmələri ilə bağlı açıqlama verib.

Sherg.az xəbər verir ki, "Fənərbaxça" azarkeşi sosial şəbəkədə Fernando Musleranı "Qalatasaray"ın keçmiş futbolçusu Felipe Melo ilə müqayisə edib. "Fənərbaxça" cameəsinin əfsanəvi adlarından olan Volkan Dəmirəlin bu paylaşımı bəyəndiyi üzə çıxıb.

Bu heyranlıqdan sonra hazırda “Hatayspor”un çalışdırıcısı olan Volkan Dəmirəl məsələ ilə bağlı danışıb.

"Haber Global"dan Sercan Hamzaoğlu "Sadəcə Volkan Hocadan soruşdum. "Səhvən oldu" dedi. O, gənc məşqçinin bu postu təsadüfən bəyəndiyini bildirib.